Məzmuna keç

Ceyhun Bayramov Şuşa Bəyannaməsinin birinci ildönümü ilə bağlı paylaşım etdi

Xarici işlər naziri Ceyhun Bayramov Şuşa Bəyannaməsinin birinci ildönümü ilə bağlı paylaşım edib.

E-huquq.az xəbər verir ki, paylaşımda deyilir:

“Qardaş ölkələr – Türkiyə və Azərbaycan arasında müttəfiqlik münasibətlərinə dair tarixi Şuşa Bəyannaməsinin 1-ci ildönümünü qürurla qeyd edirik. "Bir millət, iki dövlət" şüarını sözlə deyil, əməllərimizlə həyata keçiririk. Yaşasın Azərbaycan-Türkiye qardaşlığı və müttəfiqliyi!”