Məzmuna keç

DİN: “Bərdə bazarında uşağın nənəsi tərəfindən diləndirilməsi iddiası araşdırılır”

Daxili İşlər Nazirliyi (DİN) Bərdə rayonunda bazarda xəstə uşağın nənəsi tərəfindən diləndirilməsi iddialarına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru polis baş leytenantı Aslan Qiyaslı e-huquq.az-a bildirib ki, məsələ ilə bağlı nazirlik məlumatlıdır.

"Hazırda Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır", – DİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə Bərdə rayonunda bazarda xəstə uşağın nənəsi tərəfindən diləndirilməsi ilə bağlı məlumatlar yayılmışdı.