Məzmuna keç

Naxçıvandan Bakıya uçan təyyarə 50 dəqiqəlik yubanmadan sonra havaya qalxdı –

AZAL-ın Naxçıvandan Bakıya uçan təyyarəsi 50 dəqiqəlik yubanmadan sonra havaya qalxıb.

E-huquq.az xəbər verir ki, təyyarə Naxçıvan Hava Limanını tərk edib.

Qeyd edək ki, ildirım çaxması və havanın dumanlı olması səbəbindən təyyarənin kapitanı aeroportda gözləmək qərarı qəbul edib.

***

19:17

Hava şəraiti ilə əlaqədar AZAL-ın Naxçıvandan Bakıya uçan təyyarəsi havaya qalxmayıb.

E-huquq.az xəbər verir ki, artıq bu barədə sərnişinlərə xəbərdarlıq edilib.

Qeyd edək ki, AZAL-ın J2 0256 reysi üzrə saat 18:50-də Naxçıvan Hava Limanından qalxmalıdır. İldirım çaxması və havanın dumanlı olması səbəbindən təyyarənin kapitanı aeroportda gözləmək qərarı qəbul edib.

Təyyarənin Naxçıvan Hava Limanında neçə saat gözləyəcəyi ilə bağlı dəqiq məlumat verilməyib.