"Azəriqaz" Goranboyda vətəndaşlarla görüş keçirib - FOTO


  • 30 İyun 2022 21:09

Vətəndaşların qaz təsərrüfatına dair problemlərinin yerindəcə dinlənilməsinə xidmət edən "Açıq mikrofon" aksiyası çərçivəsində növbəti görüş Goranboy rayonunda baş tutub.

"Azəriqaz" İB-dən e-huquq.az-a verilən məlumata görə, aksiyaya üz tutan 30-dək sakin qaz təchizatı ilə bağlı üzləşdikləri çətinliklərdən söz açıblar.

Vətəndaşlar "Səyyar qəbul otağı"nın imkanlarında istifadə edərək bir sıra kənd və yeni yaşayış massivlərinin qazlaşdırılması, küçə qaz xəttinin çəkilməsi, qaz sayğacının və qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətlər ediblər.

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Qazın balansı və hesabatı şöbəsinin rəis müavini Ceyhun Abdullayev və Birliyin Gəncə Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri vətəndaşların ünvanladıqları sualları cavablandıraraq, lazımi izahatlar veriblər.

Oxşar xəbərlər