"Azəriqaz” abonentlərə müraciət etdi


  • 1 İyul 2022 13:14

"Vətəndaşlar özlərini “Azəriqaz”ın rəsmisi kimi təqdim edən şəxslərdən vəsiqə tələb etsinlər və heç bir ödəniş etməsinlər".

E-huquq.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyasında deyib.

Onun sözlərinə görə, bəzən abonentlər podratçı şirkətin əməkdaşlarının qanunsuz hərəkətlərini "Azəriqaz"ın davranışı olaraq qəbul edirlər: "Podratçı şirkətlərin "Azərqaz"a heç bir aidiyyatı yoxdur. Vətəndaşlar özlərini "Azərqaz"ın rəsmisi kimi təqdim edən şəxslərdən vəsiqə tələb etsinlər və heç bir ödəniş etməsinlər”

E.Vəliyev həmçinin bildirib ki, bu cür xoşagəlməz hallara görə "Azəriqaz" İB məsuliyyət daşımır.

Oxşar xəbərlər