"Azəriqaz"ın baş direktoru abonentlərə təşəkkür etdi - VİDEO


  • 1 İyul 2022 23:43

İyun ayında “Azəriqaz” İstehsalat Birliyinin satdığı təbii qazın pulunun yığım səviyyəsi 150% təşkil edib.

E-huquq.az xəbər verir ki, bu barədə Birliyin baş direktoru Ruslan Əliyev "Facebook"da canlı yayım zamanı vətəndaşların suallarını cavablandırarkən məlumat verib.

"İlk dəfə olaraq bu səviyyədə - 85 milyon manat yığım həyata keçirmişik. Bu ay üçün böyük bir rekorddur. Buna görə də bütün abonentlərə təşəkkür edirəm. Çox sağ olun ki, yığımın həyata keçirilməsində bizə dəstək olmusunuz", - deyə baş direktor qeyd edib.

Oxşar xəbərlər