"Açıq mikrofon" aksiyasında Qax sakinlərinin problemləri dinlənildi - FOTO


  • 6 İyul 2022 20:40

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən “Açıq mikrofon” aksiyasının imkanlarından bu gün Qax rayon sakinləri yararlanıblar.

E-huquq.az xəbər verir ki, aksiyada iştirak edən sakinlər qaz təchizatı ilə bağlı onları narahat edən məsələlər barədə “Azəriqaz” İB-nin rəhbərliyinə müraciət ediblər.

Görüş zamanı qaz sayğacının quraşdırılması, fərdi qazlaşdırma və qaz kəmərinin yerinin dəyişdirilməsi və s. kimi suallar ünvanlanıb. Müştəri məmnuniyyətinin qorunması məqsədilə keçirilən tədbirdə təbii qazdan istifadə edən istehlakçılar problemlərinə, istehlakçı olmayan vətəndaşlar isə suallarına cavab tapıblar.

Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən bütün müraciət edən vətəndaşlara ətraflı məlumat verilərək, müraciətlərinin aidiyyatı üzrə yönləndiriləcəyi vurğulanıb.

Nəzərinizə çatdırırıq ki, bu gün keçirilən aksiya sayca 102-ci görüşdür.

Oxşar xəbərlər