Sabah “Azəriqaz”da növbəti “Açıq qapı” aksiyası keçiriləcək


  • 7 İyul 2022 13:48

Sabah saat 11:00-da “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası başlayacaq.

Bu barədə e-huquq.az-a “Azəriqaz”dan məlumat verilib.

Bildirilib ki. aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Həm cari ilin 6 ayı, həm də iyun ayının yekunlarına dair hesabat təqdim olunacaq.

Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.

Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

Qeyd edək ki, suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.

Oxşar xəbərlər