Məzmuna keç

“Azəristilik” ASC-nin “Azəriqaz”a 20 milyon manat borcu var

“Azəristilik” ASC-nin “Azəriqaz” İstehsalat Birliyi"nə bu il üzrə mövsümü borcu 20 milyon manat üzərindədir.

E-huquq.az verir ki, bunu "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev bu gün keçirilən "Açıq qapı" aksiyasında deyib.

O bildirib ki, məsələ ilə bağlı artıq “Azəristilik” ASC-yə xüsusi müraciətlər edilib.

“Bizim yığımla bağlı göstəricilər daha yüksək – 105% deyil, 110% ola bilərdi. Amma "Azəristilik” ASC-nin bizə borcu artmaqda davam edir”, – R.Əliyev qeyd edib.