Məzmuna keç

“Azəriqaz” gənc fəhlələrin mühəndislik arzusunu reallaşdıracaq –

SOCAR “Azəriqaz” İstehsalat Birliyi gənclərə perspektiv vəd edən yeniliyə imza atıb.

Qurumdan e-huquq.az-a verilən məlumata görə, Birlik üzrə “Mühəndis İnkişaf Proqramı” çərçivəsində fəhlə kateqoriyasında çalışan və sürətləndirilmiş hazırlıq proqramını başa vurmuş gənc fəhlələrin qulluqçu kateqoriyasına keçirilməsi üçün karyera müsahibələrinə start verilib.

18-27 iyul tarixlərində ümumilikdə 140 namizədin müsahibəsinin keçirilməsi planlaşdırılır. Müsahibə mərhələsini uğurla keçən namizədlər təhsil və iş stajlarına uyğun hazırlandıqları qulluqçu kateqoriyasına aid vəzifələrə yerləşdiriləcəklər.

Xatırladaq ki, Proqramın icrasına 2021-ci ilin iyul ayından başlanılıb və Birlik üzrə 151 işçi proqrama cəlb edilib. Bunların 85 nəfəri Vətən müharibəsi iştirakçısıdır.