Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə Məsələləri üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb.
E-huquq.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə Məsələləri üzrə Komissarı Oliver Varhelyi tviterdə yazıb.
Görüşdə Cənubi Qafqazdakı vəziyyət, Ukraynadakı müharibə, enerji məsələləri müzakirə olunub.
"Bu çətin dövrlər Aİ-Azərbaycan enerji tərəfdaşlığını Komissiyanın illərdir üzərində işlədiyi ikitərəfli münasibətlərin əsas mərkəzinə qoyub", – Aİ rəsmisi qeyd edib.
