Məzmuna keç

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir

Hazırda Baş prokuror Kamran Əliyevin sədrliyi ilə 2022-ci ilin birinci yarımilində fəaliyyət istiqamətləri üzrə prokurorluq orqanları tərəfindən görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videoformat rejimində geniş kollegiya iclası keçirilir.

E-huquq.az-ın məlumatına görə, müşavirədə Baş prokuror Kamran Əliyev çıxış edir.

İclasda qeyd olunub ki, aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən məqsədyönlü, o cümlədən maarifləndirici tədbirlər nəticəsində intihar və intihara cəhd hallarının azalmasında müsbət tendensiya müşahidə edilməkdədir:

"Belə ki, 2022-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrin sayı 9,4%, intihara cəhd hadisələrin sayı isə 27,3 % azalıb.

Hesabat dövründə özünü öldürmə həddinə çatdırma ilə bağlı 3 cinayət işi baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib".