Məzmuna keç

Baş Prokurorluq: Əvvəllər bağlı qalmış 12 xüsusilə ağır cinayətin üstü açılıb

Əvvəlki illərdən bağlı qalmış 12 xüsusilə ağır cinayətin üstünün açılması təmin edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, 2022-ci ilin birinci yarımilində prokurorluq, daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 12 qəsdən adam öldürmə cinayətin üstünün açılması təmin edilib: “Onlardan 8-i baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilmiş, digərləri üzrə isə istintaq tədbirləri davam etdirilir”.