Məzmuna keç

Zəngəzurda erməni hərbçi öldü

İyulun 17-də 2-ci dərəcəli termiki yanıq xəsarəti ilə Zəngəzur qarnizonu hospitalına yerləşdirilən erməni əsgər Palyan Poqosyan ölüb

E-huquq.az xəbər verir ki, bu barədə Milli Yanıq Mərkəzinin Reanimasiya şöbəsindən “NEWS.am”a bildirilib. Məlumata görə, bazada yanıq xəsarətləri alan çağırışçı Palyan Poqosyan dünyasını dəyişib.

Xatırladaq ki, hadisə iyulun 17-də baş verib. N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu sıravi əsgər Palyan Poqosyanın 2-ci dərəcəli termiki yanıq xəsarəti ilə Zəngəzur qarnizonu hospitalına yerləşdirilib.

Amma Ermənistanın Müdafiə Nazirliyi məlumatı iyulun 25-də açıqlayıb.