Abonentlərin 66%-i "Azəriqaz" İstehsalat Birliyinin fəaliyyətindən razıdır.
E-huquq.az xəbər verir ki, bu, "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı abonentlər arasında keçirilən sorğunun nəticələrində əks olunub.
Belə ki, nəticələrə əsasən, abonentlərin "Azərqaz” İB-nin fəaliyyətinə münasibəti ümumilikdə müsbətdir.
"Rəyi soruşulanların 66%-i "Azəriqaz" İB-nin fəaliyyətini ümumilikdə yaxşı qiymətləndirib, 9%-i pis qiymətləndirib, 24% -nin isə münasibəti orta olub. "Azəriqaz" İB-nin fəaliyyətini mənfi qiymətləndirənlərin xüsusi çəkisi regionlarda daha yüksək (17%), müsbət qiymətləndirənlərin xüsusi çəkisi isə daha aşağı (60%) olub. Bakıda bu göstərici müvafiq olaraq 7% və 68% olub", – deyə məlumatda qeyd olunub.
