Sabirabadda "Açıq mikrofon" aksiyası keçirildi - FOTO


  • 5 Avqust 2022 18:34

Sabirabad şəhərində qurulan “Səyyar qəbul otağında” rayon sakinləri öz müraciətlərini ünvanlayıblar.

"Azəriqaz" İstehsalat Birliyindən e-huquq.az-a verilən məlumata görə, sakinlər aksiya çərçivəsində onlarla görüşə gələn Salyan Regional qaz istismarı İdarəsinin əməkdaşları ilə görüşdə təbii qazla bağlı yaranmış problemlərindən söz açıb və onların müraciətlərinin tez bir zamanda həll olunacağına ümid etdiklərini bildiriblər.

Birliyin məsul şəxsləri isə hər bir müraciətə həssaslıqla yanaşıb və bütün müraciətlər qeydiyyata alınıb.

Qeydiyyata alınan müraciətlərin bir hissəsi həll tapsa da, bəziləri araşdırıplma tələb etdiyi üçün müvafiq şöbələrə yönləndirilib.

Oxşar xəbərlər