"Azəriqaz" daha 5 rayonda "Açıq mikrofon" aksiyası keçirəcək


  • 6 Avqust 2022 12:58

Növbəti həftə daha 1 şəhər və 4 rayonda "Azəriqaz" İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyaları keçiriləcək.

E-huquq.az xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 14:00-da Füzuli rayonunda (Heydər Əliyev Mərkəzi), 2-ci günü saat 14:00-da Beyləqan rayonunda (Gənclər Mərkəzinin yanı), 3-cü günü saat 11:00-da Bərdə rayonunda (Heydər Əliyev Parkı), 4-cü günü saat 14:00-da Mingəçevir şəhərində (Gənclər Mərkəzinin yanı), 5-ci günü saat 14:00-da isə Zərdab rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Oxşar xəbərlər