“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov həbs edildi


  • 7 Avqust 23:40

“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov həbs edilib.

E-huquq.az APA-ya istinadən xəbər verir ki, Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb.

O, külli miqdarda dövlət büdcəsində milyonlarla manat vergi və gömrük ödəmələrindən yayınmaqda və vəzifə saxtakarlıqlarında ittiham olunur.

Səbail Rayon Məhkəməsində onun barəsində verilən təqdimata baxılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər