Məzmuna keç

Ötən yarımildə 4873 şəxs barəsində amnistiya tətbiq edilib

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir. Bu günün rəqəmi isə 4873-dür.

Bu barədə e-huquq.az-a Baş Prokurorluqdan məlumat verilib.

Məlumata görə, ötən yarımildə “8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının icrası ilə əlaqədar ümumilikdə 4873 şəxs barəsində amnistiya tətbiq edilib.