Məzmuna keç

Ceyhun Bayramov: “Azərbaycan və Türkiyə qlobal arenada sülhə töhfə verməyə davam edəcəklər”

Azərbaycan və Türkiyə qlobal arenada sülhə töhfə verməyə davam edəcəklər.

E-huquq.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov tviter hesabında yazıb.

“Ankarada Türkiyənin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında çıxış etməkdən məmnunam. Azərbaycan və Türkiyə müttəfiqlər olaraq etibarlı və fəal aktorlar kimi qlobal arenada sülhün, təhlükəsizliyin və rifahın bərqərar olmasına töhfə verməyə davam edəcəklər”, – nazir qeyd edib.