Bakıda bəzi avtobusların hərəkət intervalında gecikmələr var


  • 11 Avqust 09:24

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 14 müntəzəm marşrut xətti üzrə 40 avtobusun hərəkət intervalında gecikmələr var.

E-huquq.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

"Bakı – Sumqayıt şossesində –Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva prospektinə qədər sıxlıq müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 2, 7A, 13, 29, 14, 18, 65, 67, 83, 96, 114A, 114B, 119, 135 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-14 dəqiqə gecikmə müşahidə olunur.

"Paytaxtın digər küçə və prospektlərində avtobusların hərəkət intervallarına təsir göstərə biləcək sıxlıq müşahidə olunmur", - məlumatda qeyd edilib.

Oxşar xəbərlər