Bu gün dənizdə çimən 6 nəfər batma təhlükəsi ilə üzləşdi


  • 11 Avqust 2022 21:35

Bu gün 6 nəfər “Şüvəlan”, “Mərdəkan”, “Novxanı” və “Astara” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşib.

Bu barədə e-huquq.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Şüvəlan”, “Mərdəkan”, “Novxanı” və “Astara” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşənlər xilas olunub.

Oxşar xəbərlər