“Azəriqaz” qaz itkilərinin həcmini açıqladı


  • 12 Avqust 2022 12:56

Bu ilin yanvar-iyul ayları ərzində “Azəriqaz” İstehsalat Birliyinin paylayıcı şəbəkəsində qaz itkilərinin həcmi 8 % təşkil edib.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktorun satış üzrə müavini Rəşad Cavadov bu gün keçirilən "Açıq qapı" aksiyasında bildirib.

O qeyd edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 84 milyon kubmetr və ya 2,5 % azdır.

Baş direktorun satış üzrə müavini vurğulayıb ki, o, cümlədən iyul ayı ərzində qaz itkisinin həcmi 4,5 % təşkil edir: “Bu, keçən ilin müvafiq ayı ilə müqayisədə 0,8 % , həcmlə isə 1,7 milyon kubmetr azalma olub".

Oxşar xəbərlər