Məzmuna keç

“Azəriqaz”: Yeddi ayda abonentlərin 68,5 faizi limiti keçməyib

“Azəriqaz” İB-nin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən təsdiq olunan illik limit daxilində və limiti keçərək təbii qazdan istifadə edən abonentlər haqqında məlumat verib.

E-huquq.az xəbər verir ki, bu ilin yanvar-iyul aylarında əhali sektoru üzrə qeydiyyatda olan abonentlərin ümumi sayının 68,5 faizi yəni, 1 milyon 667 min 301 abonent təbii qazdan aşağı tariflə istifadə edib.

Təyin olunan limiti aşan abonentlərin sayı ümumi abonentlərin 31,5 faizdir. Yəni, ümumilikdə 767 min 470 abonent limiti keçib.