Gəncədə suyun verilməsində məhdudiyyət yaranacaq
Gəncə şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.
Bu barədə e-huquq.az-a "Azərsu"dan bildirilib.
Məlumata görə, buna səbəb magistral su kəmərində qəza baş verməsidir. Bildirilib ki, hazırda “Azərsu” ASC-nin briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra suyun verilişi bərpa olunacaq.

