Baş Prokurorluq sosial şəbəkələrdəki iddialarla bağlı məlumat yaydı


  • 16 Avqust 2022 19:11

Baş Prokurorluq bəzi media və sosial şəbəkə səhifələrində Bakı şəhər sakini İbadov Qərib Əliəkbər oğlunun ona qarşı 1998-ci ildə cinayət törətmiş konkret şəxslər məlum olduğu halda, prokurorluq orqanları tərəfindən onların cinayət məsuliyyətinə cəlb edilməməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən e-huquq.az-a daxil olan məlumatda bildirilib ki, 07 fevral 1998-ci il tarixdə ayaqqabı təmiri sexində işləyən Qərib İbadova odlu silahdan naməlum şəxs tərəfindən atəş açılaraq qəsdən öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmaqla istintaq aparılıb:

"Qərib İbadovun təqsirləndirilən şəxslərin məlum olmasını iddia etməsinə baxmayaraq, bu günədək istinaqla qeyri-aşkar şəraitdə cinayət törətmiş şəxslərin müəyyən edilməsi mümkün olmayıb. Odur ki, qeyd edilən iş üzrə hər hansı şəxsin şübhəli şəxs qismində saxlanılması və ya ittiham elan edilməsi üçün kifayət qədər əsaslar müəyyən edilməyib. Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".

Oxşar xəbərlər