"Snayper həddi" müsabiqəsinin epizodları icra olunur


  • 17 Avqust 2022 20:32

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsində müxtəlif epizodlar icra olunur.

Bu barədə e-huquq.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan snayperləri birinci mərhələnin daha iki çalışmasını uğurla yerinə yetiriblər.

Hərbi qulluqçular müxtəlif mövqelərdən 300-600 metr məsafədə yerləşən xüsusi hədəfləri məhv etməklə öz ustalıqlarını nümayiş etdiriblər.

Oxşar xəbərlər