Ruslan Əliyev: "Meşə yanğınlarına görə minə yaxın abonent qazsız qalıb"


  • 19 Avqust 2022 12:29

"Şabran rayonu ərazisində baş verən meşə yanğını səbəbindən 9 kəndində qaz təchizatı dayandırılıb. Hazırda minə yaxın abonent qazsızdır".

E-huquq.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyasında deyib.

Onun sözlərinə görə, qaz təsərrüfatına böyük ziyan dəyməyib: "Araşdırma aparılır, daşıyıcı qaz xətləri təftiş olunur. Yanğın söndürüldükdən sonra dəymiş ziyanın həcmi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Oxşar xəbərlər