Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) dünən baş vermiş ağır yol qəzası ilə bağlı Türkiyə başsağlığı verib.
E-huquq.az xəbər verir ki, nazirlik bu barədə tviter hesabında paylaşım edib.
"Qardaş Türkiyənin Qaziantep şəhərində ağır yol-nəqliyyat qəzasında həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Başımız sağolsun", – başsağlığıda deyilir.
