Məzmuna keç

Aİ-92 markalı benzinin və dizelin aksiz dərəcəsi artırıldı

Azərbaycanda Aİ-92 markalı benzinin aksiz dərəcəsi artırılıb.

E-huquq.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” qərarında əksini tapıb.

Məlumata əsasən, Aİ-92 avtomobil benzininin aksiz dərəcəsi 42 faizdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi 18 faizdən 18,3 faizə qaldırılıb.

Qərar sentyabrın birindən qüvvəyə minir.