Məzmuna keç

Leyla Abdullayevaya yeni vəzifə verildi

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva yeni vəzifədə çalışacaq.

E-huquq.az xəbər verir ki, L.Abdullayeva diplomatik fəaliyyətini Fransada davam etdirəcək.

Onun tezliklə Fransada diplomatik xidmətə başlayacağı gözlənilir.

Qeyd edək ki, Leyla Abdullayeva 2018-ci ildən XİN-in mətbuat katibi vəzifəsində çalışıb.

Mənbə: Modern.az