“Azərbaycan dünyada minalara məruz qalmış ən birinci ölkələrdən biridir”.
E-huquq.az-ın xəbərinə görə, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva Minatəmizləmə Agentliyinin (ANAMA) yeni loqosunun təqdimatına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
“Ona görə də Azərbaycanın dəstəyə böyük ehtiyacı var. Biz ANAMA-ya dəstək göstərəcəyik ki, öz funksiyalarını yerinə yetirə bilsin”, – BMT rəsmisi qeyd edib.
