"Prezidentin tapşırığına uyğun olaraq, ötən ildən bəri yeni minatəmizləmə alətləri və avadanlıqlarını Azərbaycana gətirmişik. Hazırda proses bu gün də davam edir".
E-huquq.az-ın xəbərinə görə, bunu Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, artıq yeni alətlərin və avadanlıqların böyük bir hissəsi Azərbaycana çatdırılıb: "İlin sonunadək avadanlıqların qalan hissəsi ölkəyə gətiriləcək. ANAMA bu gün inkişaf edir və potensialı, işçi qüvvəsi artır. Lazım olduğu təqdirdə yeni avadanlıqlar da ölkəyə gətiriləcək".
