Prokurorluq orqanlarında yeni təyinatlar olub.
E-huquq.az xəbər verir ki, Baş Prokuror Kamran Əliyevin əmrinə əsasən, Quba rayon prokurorunun müavini Pərviz Nərimanov tutduğu vəzifədən azad edilərək Bakı şəhər Qaradağ rayon prokurorunun müavini vəzifəsinə təyin olunub. Xaçmaz rayon prokurorunun böyük köməkçisi İsbəndiyar İsgəndərov da vəzifəsindən azad edilərək Quba rayon prokurorunun müavini təyin olunub.
Digər əmrlə Nərimanov rayon prokurorunun müavini Elgiz Qənizadə vəzifəsindən azad edilərək Suraxanı rayon prokurorunun müavini təyin olunub.
