Məzmuna keç

“Azəriqaz”ın baş direktoru canlı yayımda sualları cavablandıracaq

Avqustun 7-də saat 15:00-da "Facebook" və "Instagram" (ruslanaliyev.official) sosial şəbəkələri üzərindən “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin canlı yayımı planlaşdırılır.

Bu barədə e-huquq.az-a qurumdan bildirilib.

Qeyd olunub ki, vətəndaşlar qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda baş direktora müraciət edə bilərlər.