44 günlük Vətən müharibəsi qazisi Elvin Məmmədovun SOCAR “Azəriqaz” İstehsalat Birliyinə etdiyi müraciəti tez bir zamanda təmin edilib.
Bu barədə e-huquq.az-a qurumdan məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhəri, Yaşıldərə yeni yaşayış massivində yerləşən Elvin Məmmədova məxsus fərdi yaşayış evi qazlaşdırılıb.
Həmçinin fərdi yaşayış evinə qaz sayğacı quraşdırılıb.
