Məzmuna keç

“Azəriqaz”ın 14 əməkdaşı mükafatlandırıldı –

“Sizi xüsusi qiymətləndiririk ki, digər nəzarətçi-çilingərlərə örnək olasınız. Bu gün burada olan əməkdaşlarımız SOCAR “Azəriqaz” İstehsalat Birliyinin seçilən, nümunəvi işçiləridir. İşini layiqli şəkildə icra edən hər bir əməkdaşa SOCAR rəhbərliyi xüsusi diqqət göstərir.”

E-huquq.az xəbər verir ki, bu sözləri SOCAR “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev Ağsu Regional qaz istismarı İdarəsinin xidmət sahələrində çalışan Birlik əməkdaşları ilə keçirilən görüş zamanı bildirib.

Baş direktor əməkdaşların iş şəraiti ilə yaxından maraqlanıb. Nəzarətçi-çilingərlərə onları narahat edən problemlərini səsləndirmələri üçün şərait yaradılıb. Baş direktor nəzarətçi-çilingərlərin iş fəaliyyətini yüksək qiymətləndirərək, onlara təşəkkür edib.

Daha sonra Ruslan Əliyev SOCAR “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Birliyin 14 əməkdaşını Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb.