"Ermənistan ordusunun dünənki növbəti təxribatından sonra Azərbaycan Silahlı Qüvvələrinin ildırımsürətli cavab tədbirləri nəticəsində Laçın və Kəlbəcər istiqamətlərində düşmənin xeyli canlı qüvvəsi zərərsizləşdirilib".
E-huquq.az xəbər verir ki, bu barədə “Caliber” teleqram kanalı məlumat yayıb.
Qeyd edilib ki, sərhədin müəyyən edilmiş hissəsində düşmənin hərbi infrastrukturu, o cümlədən sursat anbarları, hərbi hissələr və hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb.
Məlumata görə, bu gün saat 9:00-dan başlayaraq tərəflər atəşin dayandırılması ilə bağlı razılıq əldə edib.
“Razılaşmaya düşmən tərəfinin necə riayət edəcəyini müşahidə edəcəyik”, – deyə məlumatda qeyd olunub.
