Məzmuna keç

Quterreş Azərbaycan və Ermənistan arasında atəşkəsə ümid edir

BMT ümid edir ki, Azərbaycan və Ermənistan atəşkəslə bağlı razılığa gələ biləcəklər.

E-huquq.az xəbər verir ki, bunu Baş katib BMT Baş Assambleyasının 77-ci sessiyasının başlaması ilə bağlı keçirdiyi mətbuat konfransında iki ölkə arasında sərhəddəki vəziyyəti şərh edərkən deyib.

"Ümid edirəm ki, atəşkəs əldə olunacaq", – Quterreş bildirib.