Məzmuna keç

Ermənistanın mühüm hərbi bazalarından biri darmadağın edildi –

Sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatlara cəhd edib. Azərbaycan Ordusu bu təxribatlara cavab olaraq düşmənin mövqelərinə, qoşunların və silahların cəmləşdiyi ərazilərə zərbələr endirib.

E-huquq.az xəbər verir ki, Ermənistanın ən böyük hərbi bazalarından birinin darmadağın olunmasının görüntüləri yayılıb. Hərbi baza Basarkeçər rayonunun Zod qəsəbəsi yaxınlığında yerləşir və Kəlbəcərə birbaşa təhlükə yaradırdı.