"Hazırda Şuşada 23 ədəd çoxmənzilli bina inşa edilir və gələn ilin sonuna qədər hazır olacaq. Beləliklə, şuşalılar doğma yurdlarına qayıtmağa başlayacaqlar".
E-huquq.az xəbər verir ki, bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.
"Binaların ümumi sahəsi 60 min kvadratmetr təşkil etməklə 450 mənzildən ibarət olacaq", – o deyib.
