Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə yaşayan erməni fanatiklər tərəfindən Parisdəki səfirliyin binasına edilən hücumdan sonra Fransanın səlahiyyətli orqanlarından müvafiq tədbirlər görməyi tələb edir.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfirliyi tviter səhifəsində bəyanat yayıb.
Bəyanatda bildirilib:
“Biz Fransanın səlahiyyətli orqanlarından tələb edirik:
1. 2022-ci il sentyabrın 18-də erməni radikal qruplarının hücumu ilə bağlı hərtərəfli araşdırma aparılsın;
2. Ona hüquqi qiymət verilsin;
3. Bu hücumun vurduğu ziyan aradan qaldırılsın;
4. Qarşılıqlılıq prinsipi çərçivəsində Azərbaycan Respublikasının Parisdəki səfirliyi və mədəniyyət xidməti binası qarşısında 24/7 polisin olması təmin edilsin, çünki onlar bu cür əməllərin daimi təhlükəsi altındadırlar”.
