"Müxtəlif qoşun növü bölmələrinin gecə saatlarında eyni anda bir neçə istiqamətdə çətin relyefli, dağlıq ərazidə qarşılıqlı əlaqədə həyata keçirdiyi uğurlu cavab tədbirləri Azərbaycan Ordusunun hərb elminə gətirdiyi növbəti yenilik oldu".
E-huquq.az-ın xəbərinə görə, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 24-də Mərkəzi Komanda Məntəqəsində keçirdiyi xidməti müşavirədə deyib.
"Bu döyüşlər dünyanın aparıcı hərbi mütəxəssisləri tərəfindən araşdırılacaq və təhlil ediləcək", – nazir vurğulayıb.
