Şabranda "Açıq mikrofon" aksiyası keçirildi - FOTO


  • 28 Sentyabr 2022 12:08

Azərbaycanı diyarbədiyar gəzən “Səyyar qəbul otağı” növbəti dəfə Şabran sakinlərinin sərəncamına verilib.

"Azəriqaz" İstehsalat Birliyindən e-huquq.az-a verilən məlumata görə, müraciətin elə də çoxluq təşkil etmədiyi aksiyada cəmi 6 sakin mikrofon önünə çıxıb.

Səsləndirilən istəklərin əksəriyyəti kəndlərin qazlaşdırılması ilə bağlı olub. Əliağa Ağayev, Nadir Məmmədov, Süleyman Şıxəliyev, Ziyəddin Həsənov və Pirverdi Həşimov müvafiq olaraq Ağbaş, Sarvan, Hacıqaraqoçlu, Düzbilici və Xəlfələr kəndlərinin qazlaşdırılmasını xahiş ediblər.

Aksiya zamanı SOCAR "Azəriqaz" İB-nin Xaçmaz Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.

Oxşar xəbərlər