Azərbaycan MN: "Ermənistanın Azərbaycan Ordusunun guya atəşkəsi pozması barədə yaydığı məlumat yalandır"


  • 28 Sentyabr 2022 21:21

Ermənistan tərəfinin minaatanlar və iriçaplı atıcı silahlardan atəş açmaqla atəşkəsin Azərbaycan Ordusunun bölmələri tərəfindən pozulması barədə yaydığı məlumatlar yalandır.

Bu barədə e-huquq.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Belə məlumatlar yaymaqla Ermənistan Müdafiə Nazirliyi atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışır.

Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız qarşı tərəfin atəş nöqtələrinin susdurulması məqsədilə adekvat cavab tədbirləri görüb", - müdafiə qurumundan bildirilib.

Oxşar xəbərlər