Bir qrup prokurorluq əməkdaşına ali xüsusi rütbələr verildi - SƏRƏNCAM


  • 30 Sentyabr 14:52

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

E-huquq.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib:

Məmmədov Elçin Məmmədbağır oğlu – Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini

Camalov Elmar Heybət oğlu – Azərbaycan Respublikası Baş prokurorunun müavini

Məmmədov Heydər Vidadi oğlu – Azərbaycan Respublikası Baş prokurorunun müavini

Rəcəbov Nazim Hafis oğlu – Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi.

Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına isə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Əvəzov Nemət Yusif oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin rəisi

Əlixanov Erkin Hüseynağa oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi.

Oxşar xəbərlər