Cinayət törədərək gizlənən 28 nəfər ötən bir ildə ölkəyə ekstradisiya edildi


  • 1 Oktyabr 2022 08:57

Ötən bir il ərzində cinayət törətməklə istintaqdan gizlənmiş 28 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev rəsmi mətbuata məqaləsində bildirib.

“Eyni zamanda cinayət işləri üzrə xarici dövlətlərdən daxil olan hüquqi yardım haqqında 104 sorğu müvəffəqiyyətlə icra edilmişdir. Xarici dövlətlərə göndərilən 228 hüquqi yardım haqqında sorğudan 68-i icra edilmiş, 157-nə hazırda baxılmaqla 3 sorğunun icrasından imtina edilmişdir”, - Azərbaycanın Baş prokuroru vurğulayıb.

Oxşar xəbərlər