Baş prokuror: “Son 1 ildə əvvəlki illərdən bağlı qalan 19 qəsdən adam öldürmə cinayəti açılıb”


  • 1 Oktyabr 2022 09:09

Son bir il ərzində İstintaq idarəsi tərəfindən 12, Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən 2 və tabe rayon prokurorluqları tərəfindən 5 olmaqla, əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş, ümumilikdə, 19 qəsdən adam öldürmə cinayətinin daxili işlər və dövlət təhlükəsizliyi orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılması təmin edilməklə, onlardan 11-i üzrə ibtidai istintaqın yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilməsi həyata keçirilmiş tədbirlərin bariz nümunəsidir.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev rəsmi mətbuata məqaləsində bildirib.

“Ümumilikdə, bu dövr ərzində ölkə üzrə cəmi 17 205 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 1 411-i prokurorluq orqanlarında istintaq edilmiş, tabe rayon prokurorluqları tərəfindən korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər üzrə 93 cinayət işinin istintaqı aparılmaqla qanunamüvafiq tədbirlərin görülməsi təmin edilmişdir”, - Baş prokuror vurğulayıb.

Oxşar xəbərlər