Baş Prokurorluq əməkdaşları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi


  • 1 Oktyabr 2022 09:38

Azərbaycan prokurorluq orqanlarının yaradılmasından 104 il keçir.

E-huquq.az xəbər verir ki, ildönümü münasibətilə baş prokuror Kamran Əliyev və Baş Prokurorluğun əməkdaşları Fəxri xiyabanı ziyarət edib.

Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilərək məzarı önünə əklil qoyulub. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət edilib.

Daha sonra Baş prokuror və prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər.

Oxşar xəbərlər