İlham Əliyev Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edir


  • 1 Oktyabr 2022 12:38

Oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirilir.

E-huquq.az xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Bolqarıstan Prezidenti Rumen Radev, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson, Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovski, Serbiyanın Prezidenti Aleksandr Vuçiç, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke, həmçinin ICGB-nin icraçı direktorları Teodora Georgiyeva və George Satlas iştirak edirlər.

Yunanıstan-Bolqarıstan İnterkonnektoru Cənub-Şərqi Avropa üçün strateji əhəmiyyətə malikdir və region üçün təbii qaz tədarükçülərinin real enerji şaxələndirilməsinə imkan yaradır.

IGB Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr təbii qazın tədarükü ilə bağlı “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Bununla da, Azərbaycan Bolqarıstanın təbii qaza olan tələbatının 25-30%-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan kəmərin 150 kilometri Bolqarıstan ərazisindən keçir. Kəmərin illik ötürücülük qabiliyyətinin 5 milyard kubmetr olacağı gözlənilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edir.

Oxşar xəbərlər